Vətən müharibəsinin Şəhidi Süleymanov Rauf Allahverdi oğlunun doğum günü ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin müavini Rəşad Hacıyev, Şəhid ataları onun Qaraçuxur qəsəbəsində yaşayan ailə üzvlərini ziyarət edib, ruhunu ehtiramla yad ediblər.
Yenisabah.az xəbər verir ki, RİH başçısı Əziz Əzizov Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbr diləyib. RİH başçısı Əziz Əzizov Şəhidlərimizə olan hörmət və ehtiramını bildirərək Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün həyata keçirilən abadlıq-quruculuq işlərinin, təməlqoyma mərasimlərinin, keçirilən mötəbər tədbirlərin hər bir Azərbaycanlı üçün böyük iftixar olduğunu qeyd edib və bütün bunlara görə Şəhidlərimizə borclu olduğumuzu bir daha vurğulayıb.
Həmçinin, Milli Məclisin deputatı Etibar Əliyev Şuşa səfərindən danışaraq Azərbaycan xalqının necə mətin və qəhrəman xaql olduğunu bildirib və qeyd edib ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır. pizza
Telegram kanalımız