YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Suraxanıda şəhid oxuduğu məktəbdə anıldı  - Fotolar

Suraxanıda şəhid oxuduğu məktəbdə anıldı - Fotolar

Sosial

06 Oktyabr 2022 17:57 627


Sentyabrın 12-sindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə yüksəlmiş Polad Şirinovun 20-ci doğum günü qeyd edilib. 

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti tərəfindən Polad Şirinovun II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Şəhidin doğum günü tədbiri məzunu olduğu Zığ qəsəbəsi, 315 nömrəli tam orta məktəbdə davam etdirilib. Tədbir iştirakçıları Polad Şirinovun adının verildiyi sinif otağı ilə tanış olub, guşəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə öncə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimində çıxış edənlər şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər. 

Tədbirdə Şəhidin qardaşı  məktəbli qardaşı Zülfüqar və digər şagirdlər tərəfindən Polad Şirinovun xatirəsinə həsr olunan kompozisiya səhnələşdirilib, həyatından bəhs edən video-çarxlar nümayiş olunub,  şəhidlərimizə, vətənə, qələbəyə həsr olunan şeirlər səsləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!