Suriya Aİ-dən yardım istədi

saytların hazırlanması

Evə çatdırılma

Suriya Aİ-dən yardım istədi

Dünya

08 Fevral 2023 16:02 671


Türkiyənin ardınca Suriya dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Avropa İttifaqından təcili yardım istəyib.

Yenisabah.az xəbər verir ki, bunu Böhranların İdarə Edilməsi üzrə Avropa komissarı Janez Lenarçiç bildirib.

Lenarçiç Brüsseldə keçirdiyi mətbuat konfransında deyib: “Biz Suriya hökumətindən sorğu almışıq". Sezar pizza

Onun sözlərinə görə, Avropa Komissiyası Aİ dövlətlərini tələb olunan yardımı göstərməyə çağırıb.

Avropa İttifaqı sanksiyalar tətbiq etdiyi Suriya hökuməti ilə birbaşa əlaqə saxlamır. Avropa Komissiyasının sözçüsü Balazs Uyvarinin bir gün əvvəl izah etdiyi kimi, Aİ yardımı birbaşa Suriya hakimiyyətinə deyil, humanitar təşkilatlar vasitəsilə həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!