“Suriyalı muzdlular”a ömürlük həbs
04 May 2021 19:22
542

“Suriyalı muzdlular”a ömürlük həbs

Mayın 4-də Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiyası məhkəməsi Qarabağda gedən döyüş əməliyyatlarında iştirak etmiş 2 suriyalı haqqında hökm çıxarıb.

Yenisabah.az “Novosti Armenii”yə istinadla xəbər verir ki, “muzdlu və terrorçu” olduğu olan şəxslər ömürlük həbs cəzasına məhkum olunub.

Prokuror Arşak Martirosyan bunu məhkəmədə ittiham aktını təqdim edən “NEWS.am” müxbirinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, məhkəmə prosesi zamanı “təqsirləndirilən şəxslər günahlarını yalnız qismən etiraf ediblər”.

Suriyalı mənşəli məhkumların ekstradisiyası məsələsinə toxunan prokuror bu mövzuda heç bir məlumatının olmadığını qeyd edib.

İstintaq Suriya vətəndaşları Mührab Məhəmməd əl-Şxeri və Yusif Alabet əl-Hacının guya Azərbaycan ordusu tərəfində muzdlu kimi iştirak etdiyini və bir sıra cinayətlər törətdiyini müəyyənləşdirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər