Sürücülər diqqət: Bakıda bu yollar da bağlanır

saytların hazırlanması

Evə çatdırılma

Sürücülər diqqət: Bakıda bu yollar da bağlanır

Sosial

03 İyun 2022 18:14 1019


"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə quraşdırma işləri davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Yenisabah.az-a verilən məlumata görə, Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsində nəqliyyatın hərəkəti 4 iyuna keçən gecə təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə qismən məhdudlaşacaq.

Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. pizza hut

Həmçinin, 5 iyuna keçən gecə Neftçilər prospektindəki Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq.

BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!