Sürücülərə MÜRACİƏT: EHTİYATLI OLUN!

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərə MÜRACİƏT: EHTİYATLI OLUN!

Sosial

26 İyul 2021 19:32 1350


İyulun 27-28-i tarixlərinə proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq.

Bu barədə Yenisabah.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. pizza

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiz.

Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!