Sürücülərə xəbərdarlıq - Paytaxtın 4 küçəsində...

Sürücülərə xəbərdarlıq - Paytaxtın 4 küçəsində...
Sent 11, 2019 11:25
Oxunma sayı: 71

Bu gün 4 küçədə rənglənmə işləri aparılır

"Yeni Sabah"a daxil olan məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Aşıq Molla Cümə, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan, Nəsimi rayonu, Əliyar Əliyev və Nizami rayonu İsmayıl Məmmədov küçələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılır.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunub.

 

Yenisabah.az