Sürücülərin nəzərinə: Bu yollarda tıxac var

Sürücülərin nəzərinə: Bu yollarda tıxac var

Sosial

01 Fevral 2023 08:43 396


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda sıxlıq olan yolları açıqlayıb. 

NİİM-dən Yenisabah.az-a verilən məlumata görə, hazırda yollardakı vəziyyət aşağıdakı kimidir: 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 

2. Ziya Bünyadov prospekti, km Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 

4. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 

6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 

8. Babək prospekti, mərkəz istiqamətində; 

9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 

11. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!