Sürücülərin nəzərinə: Sabah bu prospektdə hərəkət məhdudlaşdırılacaq
31 May 2020 17:03
771

Sürücülərin nəzərinə: Sabah bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Abşeron rayonu ərazisində nəqliyyatın hərəkəti qısamüddətli məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yenisabah.az-a verilən məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində iyunun 1-i səhər saatlarından hərəkət qısa müddətə məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Oxşar xəbərlər