Şuşa və Ağdama qaz çəkilir

saytların hazırlanması

Evə çatdırılma

Şuşa və Ağdama qaz çəkilir

Sosial

18 Fevral 2022 12:06 500


İşğaldan azad edilən ərazilərimizin qazlaşdırılması ilə bağlı layihələndirilmə işlərinə başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qeyd edilib ki, ilk olaraq Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulub. Dördpendirli pizza

"Bununla əlaqədar olaraq həm magistral qaz xətlərinin çəkilməsi, eyni zamanda şəhərdaxili qaz xətlərinin şəbəkəsinin qurulması üçün layihələndirilmə işlərinə başlanılıb. Artıq həm Şuşa, həm də Ağdam üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən edilib və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Mart ayında biz layihləndirmə işlərini başa çatdırmağı planlaşdırırıq. Layihələndirmə işləri başa çatdırıldıqdan sonra maliyyə ayrılacaq və Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı daxili şəbəkənin quraşdırılması işlərinə başlanacaq", - məlumatda bildirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!