Ermənistan ordusunun ehtiyatda olan general-mayoru Arkadi Ter-Tadevosyan ölüb.
Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, 82 yaşlı general koronavirusun qurbanı olub.
"Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan Yerevandakı "Erebuni" Tibb Mərkəzində müalicə olunurdu.
Arkadi Ted-Tadevosyan 1939-cu ildə Tbilisidə anadan olub.
Separatçılar tərəfindən "Dağlıq Qarabağ Qəhrəmanı" adı verilmiş general-mayor 1992-ci ilə Şuşanı işğalı zamanı erməni silahlı qüvvələrinə komandirlik etmişdi.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı düşməndən azad edib.
Telegram kanalımız