Şuşaya çəkilən yoldan möhtəşəm görüntülər – Foto + Video
05 Yan 2021 16:04
1967

Şuşaya çəkilən yoldan möhtəşəm görüntülər – Foto + Video

Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra icrasına başlanılan layihə uğurla davam etdirilir.

“Yeni Sabah” xəbər verir ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir. Yeni avtomobil yolunun ümumi eni isə 37.7 m təşkil edəcək.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə relyefin imlan verdiyi ərazilərə qədər hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olacaq. Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. Avtomobil yolu sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.

Qeyd edək ki, inşa edilən yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu sayəsində paytaxt Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısalaraq təqribən 363 km təşkil edəcək. 

 

 

Şuşaya çəkilən yoldan möhtəşəm görüntülər – Foto + Video
Şuşaya çəkilən yoldan möhtəşəm görüntülər – Foto + Video
Şuşaya çəkilən yoldan möhtəşəm görüntülər – Foto + Video
Şuşaya çəkilən yoldan möhtəşəm görüntülər – Foto + Video
Şuşaya çəkilən yoldan möhtəşəm görüntülər – Foto + Video
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər