Tacikistan-Qırğızıstan danışıqları 4 gün davam edəcək

saytların hazırlanması

Evə çatdırılma

Tacikistan-Qırğızıstan danışıqları 4 gün davam edəcək

Dünya

11 Oktyabr 2022 20:40 801


Oktyabrın 11-də Qırğızıstan nümayəndə heyəti delimitasiya və demarkasiya üzrə Tacikistan-Qırğızıstan hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün Düşənbəyə gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Tacikistanın Soqdi vilayət administrasiyasının mətbuat mərkəzində məlumat verilib.

“Dörd gün davam edəcək danışıqların mövzusu ümumi dövlət sərhədinin təyin edilməsi olacaq”, – mətbuat xidmətindən bildiriblər. pizza

Xatırladaq ki, dövlət arasında qərarlaşdırılmamış ərazilər müntəzəm olaraq münaqişə zonasına çevrilir. Sonuncu dəfə Tacikistan-Qırğızıstan sərhədində vəziyyət sentyabrın 14-16-da gərginləşib. Qırğızıstan tərəfi hərbi toqquşmalar nəticəsində 63-ə yaxın vətəndaşının öldüyünü və 198 nəfərin yaralandığını bildirib. Tacikistan isə 41 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!