Tanınmış aparıcı yeni vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aparıcı yeni vəzifəyə təyin olundu

Sosial

02 Avqust 2023 21:29 1223


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçmiş mətbuat katibi, televiziya aparıcısı Aysel Fərziyeva “ARAZ” supermarketlər şəbəkəsinin Marketinq kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Yenisabah.az xəbər verir ki, bunu o, sosial şəbəkədə yazıb.

Bundan öncə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində fəaliyyət göstərən A.Fərziyeva 2018-ci ildən AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb. Marqarita pizza

Qeyd edək ki, A.Fərziyeva “Lider”, ATV “ARB 24” və “Real” televiziyalarında işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!