Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Tanınmış həkimdən koronavirus PROQNOZU:  Yayın sonuna kimi...
02 Avq 2021 13:22
3172

Tanınmış həkimdən koronavirus PROQNOZU: Yayın sonuna kimi...

Azərbaycanda vaksinasiya prosesinin davam etməsi pandemiya ilə bağlı qorxuları tədricən arxa plana keçirməkdədir. Hətta sosial şəbəkələrdə belə bir fikirlər dolaşır ki, əhalinin 80 faizi pevəndlənərsə, tətbiq olunan bütün qadağalar aradan qalxa bilər.

Bu, mümkündürmü? Peyvəndlənmiş əhalinin sayı nə vaxt 80 faiz təşkil edəcək?

Peyvəndlənmə ilə insanların sağlamlığı tam qarantiya alına biləcəkmi?

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Yenisabah.az-a açıqlamasında bu iddianın elmi-məntiqi əsası olduğunu söyləyib:

“Əhalinin 80 faizinin vaksinasiyasından sonra qadağaların ləğvinə münasibətim müsbətdir. Çox gözəl təklifdir. Elmi-məntiqi əsası var. Hamımız çalışmalıyıq ki, tez bir zamanda peyvəndlənək. Peyvəndlənmə sürətli olarsa, qadağalardan tez bir zamanda qurtulacağıq”.

Həkimin sözlərinə görə, yayın sonunda pandemiya ilə sağollaşa bilərik:

“Gülməlidir, bir insan marketə gedərkən, ardınca polis gəlir, maska taxmadığına görə onu cərimələyir. Mən nə cərimələrin, nə də qadağaların tərəfdarı deyiləm. Lakin belə də olmur. Peyvəndləmə olmalıdır ki, qadağalar da götürülsün. Əslində bizdə o günə çox qalmıyıb. Rəsmi statistikada 3 milyona yaxın insan peyvəndlənib. 1 milyona yaxını isə xəstəliyə yoluxub. Düşünürəm ki, yayın sonuna pandemiyadan xilas ola bilərik”.

A.Əliyev peyvəndləmə prosesi ilə ölümün qarşısının alındığını qeyd edib:

“Peyvəndləmə yoluxma ehtimalını aradan qaldırmır. Peyvəndləmə ölümün qarşısını alır. Biz qrip də olub sağalırdıq. Qrip olanda maska taxdıraraq, pandemiya elan etmirdilər. Qadağalar da olmurdu. Koronavirusda əsas məsələ ölümü azaltmaqdır. Əgər hamı peyvəndənlənərsə, ölüm 1 faizə düşəndə artıq heç bir qadağaya ehtiyac qalmayacaq”.

Nəzrin Vahid

 

Tanınmış həkimdən koronavirus PROQNOZU:  Yayın sonuna kimi...
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər