Tanınmış jurnalistə vəzifə verildi 
13 May 2020 15:57
501

Tanınmış jurnalistə vəzifə verildi 

Tanınmış jurnalist Sevinc Fədai yeni yaradılan xəbər saytına Baş redaktor təyin edilib.

Sevinc Fədai bir neçə gün əvvəl fəaliyyətə başlayan Hit.Az - Xəbər portalına rəhbərlik edəcək.

O, indiyə qədər Aznews.az, AzVision.az, "Gündəlik Teleqraf”, Xeber365.az kimi media orqanlarında və Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb.  Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədridir. 

Hit.Az Xəbər Portalı yeni təsis edilən "MediaHit" qrupuna daxildir. Sayt ölkə və dünya gündəmi ilə bağlı operativ xəbər, təhlil və multimedia məlumatlarının yayımı ilə məşğuldur. Öz fərqli dizaynı və istifadə rahatlığı ilə diqqət çəkən Hit.Az qısa zamanda ölkənin əsas informasiya resurslarından birinə çevrilməyi hədəfləyir.

 

Tanınmış jurnalistə vəzifə verildi 

Oxşar xəbərlər