Tarlalara tonlarla yumurta qabığı səpilməsi ilk baxışda qəribə görünsə də, bunun maraqlı səbəbi var. İngiltərədə fermerlər zərərvericilərlə mübarizə aparmaq üçün kimyəvi dərmanlardan imtina edərək təbii üsula əl atıblar.
“Yeni Sabah” xəbər verir ki, quraq keçən aylardan sonra yağan yağışlar torpağın altında gizlənən selikli qurdlar və ilbizlərin fəallaşmasına səbəb olub. Kənd təsərrüfatı mütəxəssisi Artur Pendelton və onun komandası əkin sahələrini kimyəvi vasitələrdən istifadə etmədən qorumaq üçün 25 min qutu yumurta qabığını tarlalara səpib. Yuyulub qurudulan yumurta qabıqları xırdalanaraq bitkilərin ətrafına səpilib.
Qabıqların iti və suyu özünə çəkən səthi selikli qurd və ilbizlərin hərəkətini çətinləşdirir. Beləliklə, tullantı kimi qəbul edilən yumurta qabıqları tarlalarda təbii müdafiə vasitəsinə çevrilir. Bu üsul yalnız zərərvericiləri uzaqlaşdırmaqla kifayətlənmir. Zaman keçdikcə torpaqda parçalanan yumurta qabıqları bitkilər üçün vacib olan kalsiumla da təmin edir. pizza mizza
Mütəxəssislər bildiriblər ki, yağıntının miqdarından asılı olaraq yumurta qabıqlarının səpilməsi müəyyən aralıqlarla təzə qabıqlarla təkrarlanacaq.
Əsmətxanım Rzazadə
Telegram kanalımız