Tbilisindən Lukaşenkoya etiraz - Səfir XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Tbilisindən Lukaşenkoya etiraz - Səfir XİN-ə çağırıldı

Dünya

05 Oktyabr 2022 12:15 954


Qərbin Belarusun qanuni seçilmiş prezidenti kimi tanımadığı Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfəri Tbilisini qəzəbləndirib.

Yenisabah.az xəbər verir ki, eEtiraz əlaməti olaraq Belarusun Gürcüstandakı səfiri Anatoli Lis Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

"Biz Belarus tərəfini suveren dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət etməyə və beynəlxalq hüququn fundamental prinsiplərinə zidd hərəkətlər etməməyə çağırırıq", - deyə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır. pizza hut

Öz növbəsində, Gürcüstan prezidenti Salome Zurabişvili Lukaşenkonun səfərini pisləyib və "Twitter"-də yazıb: “Bu, Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanunun, bizim ikitərəfli münasibətlərimiz və beynəlxalq hüquq prinsiplərinin qəbuledilməz pozulmasıdır”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili də Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya səfərini və onun Rusiya işğalçı rejimi ilə görüşlərini kəskin şəkildə pisləyib.

"Bu addım Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanunu pozur, həm beynəlxalq hüquqa, həm də ölkələrimiz arasında ikitərəfli münasibətlərə ziddir", - deyə İrakli Qaribaşvili Twitter-də yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!