TƏBİB-də daha iki vəzifəli şəxs işdən çıxarıldı – Kadr dəyişiklikləri davam edir

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-də daha iki vəzifəli şəxs işdən çıxarıldı – Kadr dəyişiklikləri davam edir

Sosial

03 İyun 2026 10:40 335


TƏBİB-də kadr dəyişiklikləri davam edir.

“Yeni Sabah” Bakupost.az-a istinadən xəbər verir ki, qurumun daha iki vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verilib.

İşdən çıxarılanlar TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri Şöhrət Soyziyevdir. pizza hut

Qeyd edək ki, son günlər TƏBİB-də genişmiqyaslı kadr dəyişiklikləri aparılır. Bundan əvvəl İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, İnsan resursları departamentinin Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinin müdiri Babək Tağızadə, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova işdən çıxarılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!