TƏBİB: Hamilə qadın xəstəxanada ölməyib

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB: Hamilə qadın xəstəxanada ölməyib

Hadisə

21 Avqust 2026 17:48 62


TƏBİB Bakıda 23 yaşlı qadının abortdan sonra dünyasını dəyişməsi ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, qurum Tovuz sakini Lalə Quliyevanın avqustun 20-i saat 22:30 radələrində Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olduğunu qeyd edib.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. pizza

Bundan əvvəl 24 yaşlı Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edildiyi və abort etdirmək qərarına gəldiyinə dair məlumat yayılmışdı.

Abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.

Bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!