Son günlər sosial şəbəkələrdə Zaur Kamalın Cənubi azərbaycanlı müğənni Afşin Azərinin canlı efirdən qovması fonunda aparıcıların davranış formaları ciddi tənqid olunur.
Mövzu haqda Yenisabah.az-a açıqlama verən əməkdar jurnalist Qulu Məhərrəmli aparıcılarda məsuliyyətsizlik olduğunu bildirir:
“Onların bəziləri elə hesab edir ki, kamera qarşısında istədiyi hər sözü danışa, özünü necə istəsə, apara bilər. Əksəriyyəti davranışlarının heç bir çərçivəyə sığmamalı olduğunu düşünür. Bu cür yanaşmanın olduqca yanlış olduğunu hesab edirəm. Bu zərərli düşüncənin məhsuludur”. pizza sifarişi
Əməkdar jurnalist əlavə edir ki, belə məsuliyyətsizlik ən çox şou verilişlərinin aparıcılarıyla bağlıdır və buna TV rəhbərliyi nəzarət etməlidir:
“Efir məsuliyyət tələb edir. Televiziya rəhbərləri, daha çox efir prodüserləri, rejissorları, verilişi hazırlayan şəxslər bunları nəzərə almalı, aparıcılarla işləməlidirlər.
Aparıcı təkcə, özünü düşünməməli tamaşaçını nəzərə almalıdır. Bunu televiziyanın özü həyata keçirməlidir. Bunun üçün yazılmamış qanunlar var. Qanunda göstərilən müəyyən nüanslar var ki, ictimai normaları qorumağa əsaslanır. Xüsusən, bizim problemimiz şou aparıcılarıyla bağlıdır. Onların aşırı sərbəstliyinin qarşısı alınmalıdır”.
“Əgər bir mənfi davranış bu qədər ictimai qınaq doğurursa, deməli, burda hansısa ictimai normalar pozulur. Ona görə TV rəhbərliyi ictimai yanaşmayla balansı qorumalıdır. Belə məsələlər müzakirə olunmalı, obyektiv səbəblər aparıcının nöqsanları varsa, deyilməlidir. Hər şeydən ötrü Audivizual Şuradan rəy gözləmək doğru deyil. Hər kəs öz işini peşəkarcasına həll etməlidir. Televiziya daha çox mənəvi etik məsələlərdə öndə saxladığından bu baxımdan belə məsələlər diqqət mərkəzində olmalıdır”- Qulu Məhərrəmli bildirib.
İmamət İSMAYILOVA
Telegram kanalımız