Tələbə qızlara əxlaqsız təklif edən müəllim barədə araşdırma başladı

saytların hazırlanması

Evə çatdırılma

Tələbə qızlara əxlaqsız təklif edən müəllim barədə araşdırma başladı

Sosial

03 May 2022 12:10 1863


Lənkəran Dövlət Universitetinin müəlliminin tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı jurnalist Amil Xəlili sosial şəbəkədə paylaşım edib.

Jurnalistin sözlərinə görə, Lənkəran Dövlət Universiteti Aqrar və mühəndislik fakültəsinin baş müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib.  pizza

Jurnalist, həmçinin qeyd edib ki, bir neçə tələbə qız buna razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi iddia olunur.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma başlayıb.

"İddiaların təfərrüatları araşdırmalardan sonra məlum olacaqdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!