Temperatur 25 dərəcəyədək enəcək - SABAHIN PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Temperatur 25 dərəcəyədək enəcək - SABAHIN PROQNOZU

Sosial

30 İyul 2023 13:10 968


Milli Hidrometeorologiya Xidməti iyulun 31-də gözlənilən hava şəraitini aşıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-31° isti olacaq. Sezar pizza

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!