Temperatur aşağı düşəcək, qar yağacaq   - Xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Temperatur aşağı düşəcək, qar yağacaq - Xəbərdarlıq

Sosial

03 Fevral 2022 17:14 1569


Bakıda və Abşeron yarımadasında fevralın 5-də arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 4-ü axşam qərb rayonlarından başlayaraq 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var. Marqarita pizza

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!