Temperatur enəcək, leysan olacaq - Sabahın havası

saytların hazırlanması

Evə çatdırılma

Temperatur enəcək, leysan olacaq - Sabahın havası

Sosial

24 İyul 2023 12:47 703


Azərbaycanda iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-29° isti olacaq.  pizza sifarişi

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-17° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!