Temperatur şkalasında artım: 18 dərəcə isti - Sabahın HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Temperatur şkalasında artım: 18 dərəcə isti - Sabahın HAVA PROQNOZU

Sosial

05 Mart 2025 12:53 345


Milli Hidrometeorologiya Xidməti martın 6-da gözlənilən hava şəraitini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!