“Temu”ya şok ittiham: Azərbaycanda rəsmi iş qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Temu”ya şok ittiham: Azərbaycanda rəsmi iş qaldırıldı

İqtisadiyyat

14 İyul 2026 16:39 75


Azərbaycanda "Temu" elektron ticarət platformasının sahibi olan "PDD Holdings" şirkəti barədə rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Daxili müraciət əsasında rəqabət orqanının öz təşəbbüsü ilə aparılan araşdırma nəticəsində şirkətin Rəqabət Məcəlləsinin 16.2.1 (aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi), 16.2.7 və 16.2.8-ci maddələrinin tələblərini pozmasına dair əlamətlər müəyyən edilib. Dördpendirli pizza

"PDD Holdings" şirkəti "Temu" elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti tətbiq etməklə hökmran mövqeyindən sui-istifadə edib.

Hazırda işə baxılması davam edir.

Sözügedən maddələr hökmran mövqedən sui-istifadə halları kimi aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini, rəqabəti məhdudlaşdıran qiymət siyasətinin həyata keçirilməsini, eləcə də iqtisadi və ya texnoloji əsas olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılmasını nəzərdə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!