Prezident İlham Əliyev Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Auditorlar Palatasının bir sıra üzvləri və əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər. Onların arasında “Cavadov və K” auditor təşkilatının rəhbəri Vasif Cavadov da var.
“Yeni Sabah” təltif olunan sərbəst auditorla maraqlı nüansları təqdim edir: Pepperoni pizza
Vasif Tofiq oğlu Cavadov 1968-ci il yanvarın 7-də Sumqayıt şəhərində anadan olub. O, 1975–1985-ci illərdə Sumqayıt şəhər 1 nömrəli "Dəmir Yolu" məktəbində orta təhsil alıb.
Ali iqtisadi təhsilə yiyələnən Vasif Cavadov auditor ixtisasına sahibdir. O, “Cavadov və K” auditor təşkilatının rəhbəridir və sərbəst auditor kimi fəaliyyət göstərir.
Vasif Cavadov 2020-ci il yanvarın 7-dən 2023-cü il yanvarın 5-dək Auditorlar Palatasının Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi vəzifəsində çalışıb.
Nazim Hacıyev
Telegram kanalımız