Bakının diqqət çəkən BMT açıqlaması:   Türkiyəli diplomatın adı çəkildi

saytların hazırlanması

Evə çatdırılma

Bakının diqqət çəkən BMT açıqlaması: Türkiyəli diplomatın adı çəkildi

Siyasət

31 Oktyabr 2026 16:41 208


Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü Azərbaycanın alqışladığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə A.Hacızadə medianın sualına cavabında şərhində qeyd edib.

"Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayırıq. pizza hut

İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!