Tərtərdə minaya düşən şəxsdən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə minaya düşən şəxsdən xəbər var

Sosial

09 Mart 2023 17:12 647


Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşən 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin son vəziyyəti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Trend-ə Bərdə rayon Mərkəzi xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri Bəhruz Abbasov məlumat verib.

O bildirib ki, Y.Hadiyev bu gün səhər saatlarında Tərtər rayon Mərkəzi xəstəxanasından təcili yardım avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına gətirilib.  pizza

“Xəstə mina partlaması nəticəsində xəsarətlər alıb və xəsarətləri sol aşağı ətrafın pəncə nayihəsinin travmatik amputasiyasıdır. Xəstəyə ilkin yardım olundu və əməliyyata alındı. Əməliyyat uğurla keçdi, hazırda xəstənin vəziyyəti orta ağır stabildir, müalicəsi davam etdirilir”, - deyə şöbə müdiri vurğulayıb. 

Qeyd edək ki, Vətən Müharibəsindən sonra ümumilikdə 284 nəfər minaya düşüb, onlardan 130 nəfər mülki şəxs, 154 nəfər hərbi qulluqçudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!