7 İyul - 01:54

“Təsəvvür etmirəm ki, Rusiyada ağlı başında olan adam Putini dəstəkləsin”

“Təsəvvür etmirəm ki, Rusiyada ağlı başında olan adam Putini dəstəkləsin”

Yazar

10 May 2022 10:20 2712


Bir müddət əvvəl Rusiya ordusunun Ukrayna ərazisində keçirdiyi hərbi əməliyyatlarla bağlı rus yazıçılarının Vladimir Putinə müraciət edərək onu dəstəkləməsi böyük ajiotaj yaratdı. 

Yazıçılar Rusiya prezidenti Vladimir Putini müdafiə edərək, hərbi əməliyyatların faşistlərə qarşı aparıldığını qeyd etdilər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı Əkrəm Əylisli Çar Rusiyası ilə hazırki Rusiya arasında ciddi fərqlər olduğunu bildirdi.
Yazıçı qeyd etdi ki, ağlı başında olan kimsə bu müharibəni dəstəkləməz:

“Hər bir müharibədə müəyyən bir məqsəd olur. Ruslar illərlə Qafqazda müharibələr aparıblar. Uzunmüddətli müharibələr olub. Dünyanın o vaxtkı vəziyyəti ilə indikini müqayisə edin. Çar Rusiyası ilə Rusiyanın indiki patrotizminə baxın. O vaxt Tolstoy “Hacı Murad”ı yazıb, Hacı Murad Rusiyanın müharibə apardığı bir xalqa böyük rəğbətlə yazılıb. Həmin əsərdə yazıçı müharibə etdikləri xalqa böyük məhəbbətini ifadə edir. Məsələn, Lermontovun Qafqaz haqqında gözəl əsərləri. O vaxt rus ziyalılarının Qafqaz haqqında mövqeyi, başqa xalqlara münasibəti indiki Putin patriotizmi səviyyəsində olmayıb! Onların münasibəti çox ali, insani səviyyədə olub. Mən təsəvvür etmirəm ki, Rusiyada hər hansı ağlı başında olan adam, ziyalılar bu müharibəni dəstəkləsin. Bunu təsəvvür belə edə bilmirəm”.

Əsmətxanım RZAZADƏ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!