Tətilin ilk günündə hava necə olacaq? - PROQNOZ

saytların hazırlanması

Evə çatdırılma

Tətilin ilk günündə hava necə olacaq? - PROQNOZ

Sosial

30 Dekabr 2023 12:26 514


Milli Hidrometeorologiya Xidməti dekabrın 31-də gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabvah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti olacaq.  Toyuqlu pizza

Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. 

Nisbi rütubət 50-60% olacaq. 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, bəzi rayonlarda arabir duman olacağı gölənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.                          


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!