Texno-bloger fırıldaqçılara uymamağı tövsiyə etdi

saytların hazırlanması

Evə çatdırılma

Texno-bloger fırıldaqçılara uymamağı tövsiyə etdi

Sosial

29 Aprel 2022 10:09 490


Elan saytlarında modifikasiya olunmuş yeni dələduzluq başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə texno-bloger Fərid Pərdəşünas yazıb.

O qeyd edib: Dördpendirli pizza

“Siz hər hansısa bir məhsulu satışa qoyanda, "WhatsApp" vasitəsilə sizə məhsulu almaq üçün yazırlar. Razılaşandan sonra sizə ödənişləri onlayn etmələri ilə bağlı məlumat verib, saxta bir qəbzin yer aldığı linki atırlar. Sonra isə ödənişi qəbul etməyiniz üçün kart məlumatlarınızı daxil edəcəyiniz səhifə açılır. Bu səhifəyə məlumatlar yazılanda isə oğurlanır”.

Fərid Pərdəşünas bildirib ki, fırıldaqçılar "Kapital Bank"-ın ödəmə üzrə ana səhifəsinin dizaynından istifadə edirlər.

“Burada guya fırıldaqçı ödənişi hansısa balansa ödəyir, siz isə kartınızı yazıb, o balansdan pulu götürürsünüz. Əslində, belə bir praktika yoxdur. Siz ödəniş alan tərəfsinizsə, harasa CVV kodunuzu, yaxud kartın bitmə tarixini yazmalı deyilsiniz. Belə fırıldaqçılıq metodları elan saytlarında çoxdur. Bu isə ən son və geniş istifadə olunandır. Diqqətli olmağınızı tövsiyə edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!