Tolik bahalıqdan danışmayan həmkarlarını qınadı - Video

saytların hazırlanması

Evə çatdırılma

Tolik bahalıqdan danışmayan həmkarlarını qınadı - Video

Şou

09 Dekabr 2025 10:47 591


Aparıcı Tarix Əliyev (Tolik) qiymət artımlarından gileylənib.

“Yeni Sabah” xəbər verir ki, o, aparıcısı olduğu verilişdə bahalıqdan söz açmayan həmkarlarına irad tutub:

“Niyə mən burada xalqın, dövlətin problemlərini işıqlandıra bilirəm, qiymət artımından danışa bilirəm, siz yox? Ətin kilosu 22 manatdır, qarğıdalı yağı da 7 manat olub. Şəkər tozu, qəndin qiymətlərindən danışın. Camaat qışda 200 manat qaz pulu, 100 manat da işıq pulu ödəyəcək. Niyə bunlardan danışmırsınız? pizza

Məni qoyurlar, sizi yox?! Sizinki odur ki, ancaq camaatın ərindən, arvadından, oynaşından danışasız. Mən də danışıram, amma bundan da danışın”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!