Aparıcı Tarix Əliyev (Tolik) biri 19, diigəri 14 yaşlı olan iki şəxsin dəm qazından zəhərlənməsi hadisəsini şərh edib.
"Yeni Sabah" xəbər verir ki, o, məsələnin yanlış istiqamətdə müzakirə olunduğunu deyib:
“19 yaşlı bir gənclə 14 yaşlı bir yeniyetmə hamamda dəm qazından zəhərlənib. Nəticədə oğlan həyatını itirib, qızın da vəziyyəti ağırdır. İndi ən acınacaqlı tərəf odur ki, insanlar oturub bunun altında “Allah rəhmət eləsin” yazır, mövzunu ümumiyyətlə başqa istiqamətə aparırlar. Bu, düzgün deyil. Söhbət çox həssas bir hadisədən gedir. 14 yaşlı qız hamamda onunla nə iş görürdü?!
Valideyn nəzarəti zəifləyəndə, uşaqlar yanlış istiqamətlərə yönələ bilir. Daha çox düşünməliyik ki, gənclər nə izləyir, nə öyrənir, kimlərdən təsirlənir. Çünki bu cür faciələr elə-belə baş vermir. Belə hadisələrdə bir-birini ittiham etmək yox, nəticə çıxarmaq lazımdır. Cəmiyyət olaraq daha çox maarifləndirmə, diqqət və məsuliyyət olmalıdır.
Sizcə, buna nə ad vermək olar? Sosial şəbəkələrdə yazırlar ki, bu oğlanla bu qız eyni evdə yaşayırdı. Bu evi onlara kirayə verən adam baxmırdımı ki, bu oğlan kiminlə qalır? Bu balaca, 14 yaşında qızın yaşını necə görməmək olar? Necə yəni, hansı ana buna icazə verib? Yoxsa bu qız rayondan gəlib və evdəkilər bundan xəbərsiz olub? Hətta bu oğlan haqqında yazırlar ki, guya vaxtilə başqa, pozğun bir videosu da yayılıbmış. Bu nə deməkdir?!”
Xatırladaq ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova Bakıdakı kirayə mənzilin hamam otağında dəm qazından zəhərləniblər.
Hadisə nəticəsində Y.Atalay ölüb, T.Bəkirova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız