Tovuz Azərbaycanın yeni “Gənclər Paytaxtı“ elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Tovuz Azərbaycanın yeni “Gənclər Paytaxtı“ elan edildi

Sosial

02 Fevral 2022 17:14 690


Bu gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda Azərbaycanın növbəti "Gənclər Paytaxtı"nın adı elan edilib.

Yenisabah.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən Tovuz 2022-ci il üçün Azərbaycanın "Gənclər Paytaxtı" elan olunub.

Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri "Gənclər Paytaxtı" elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl şəhər və rayonları Azərbaycanın "Gənclər Paytaxtı" olmuşdu. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!