Tovuzda  köməksiz qalan iki nəfər xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda köməksiz qalan iki nəfər xilas edildi

Hadisə

13 Avqust 2026 20:54 28


Tovuzda selin gəlməsi nəticəsində çayda qalan iki nəfər xilas edilib.

"Yeni Sabah" xəbər verir ki, Zəyəm çayının rayonun Şamlıq kəndi ərazisindən keçən hissəsinə yağış nəticəsində güclü sel gəlib. Nəticədə çayın ortasında olan iki şəxs kənara çıxa bilməyib. Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Çayın ortasında köməksiz vəziyyətdə qalanlar - 1971-ci il təvəllüdlü Y.Hümbətov və 1984-cü il təvəllüdlü S.İbrahimov xilasedicilər tərəfindən sudan kənara çıxarılıb. Hər iki şəxs adiyyəti üzrə təhvil verilib. Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.

Qeyd edək ki, bu gün yağan yağışdan sona Zəyəm çayına güclü sel gəlib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!