Tovuzda zəlzələ Ermənistanda da hiss olundu

saytların hazırlanması

Evə çatdırılma

Tovuzda zəlzələ Ermənistanda da hiss olundu

Dünya

16 Avqust 2025 12:51 326


Bu gün səhər saatlarında Tovuz rayonu ərazisində baş verən zəlzələ qonşu Ermənistanda da hiss olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın DİN-in Xilasetmə Xidməti məlumat yayıb.

Yeraltı təkanlar həmsrhəd Tavuş vilayətinə aid Voskevan, Artsvaberd, Nerkin Karmiraxpyur, Aygedzor və Çinari kəndlərində 2-3 bal gücündə qeydə alınıb.

Zəlzələnin təsiri ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!