Toya gedən 2397 nəfər qapının arxasında qaldı

saytların hazırlanması

Evə çatdırılma

Toya gedən 2397 nəfər qapının arxasında qaldı

Sosial

07 Avqust 2021 09:32 927


Avqustun 6-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 302 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, monitorinq 242 şadlıq sarayında, 60 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: pizza sifarişi

- 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2397 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!