Tramp Avropaya SƏSLƏNDİ: “İki şey sizi öldürür”

saytların hazırlanması

Evə çatdırılma

Tramp Avropaya SƏSLƏNDİ: “İki şey sizi öldürür”

Dünya

04 Avqust 2026 01:26 88


ABŞ Prezidenti Donald Tramp qeyri-qanuni miqrasiya və enerji siyasətinin Avropa üçün ən böyük problemlər olduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

"Avropanı iki şey öldürür. Birincisi miqrasiya, ikincisi isə energetikadır", - deyə Tramp bildirib. pizza mizza

Ağ Evin rəhbəri qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına çağırıb.

"Miqrasiya Avropa üçün nəhəng problemdir. Siz çox sayda insan qəbul edirsiniz və onların əksəriyyəti sizə kömək etməyəcək", - deyə ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, iyulun sonunda Şimali Afrikada yerləşən və Mərakeşlə həmsərhəd olan İspaniyanın muxtar şəhəri Seuta kütləvi miqrasiya axını ilə üzləşmişdi. İspaniya hökuməti bölgəyə əlavə polis, Mülki Qvardiya və silahlı qüvvələrin bölmələrini göndərmişdi.

Şəhərin meri-prezidenti Xuan Xesus Vivas iyulun 31-də bildirmişdi ki, bir sutka ərzində təxminən 60 min nəfər Seutaya daxil olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!