Donald Tramp həbsdə olsa belə, ölkənin yeni lideri ola biləcək.
Yenisabah.az “Politico”ya xəbər verir ki, qanunvericilik Trampın ABŞ prezidenti postuna namizəd olmasına heç nə mane olmur.
“Hətta, hətta o, ruhi xəstə sayılsa belə... Ali Məhkəmə qərara gəlib ki, federal vəzifəyə namizəd olmaq üçün yeganə tələblər Konstitusiyanın tələbləridir”, – deyə vəkil Yucin Matso izah edib. pizza hut
Qanunvericilyə görə, prezidentlik yarışında iştirak etmək üçün namizədin ən azı 35 yaşı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış ABŞ vətəndaşı olmalıdır.
Xatırladaq ki, prokurorluq Trampı sənədlərin saxtalaşdırılması ilə bağlı 34 işdə ittiham edib və maksimum 4 il həbs təklif edib. Bu anda məhkəmə siyasətçinin rəsmi həbsini ləğv edib, bundan sonra Tramp Floridaya qayıdıb.
Telegram kanalımız