ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ittiham irəli sürən Manhetten dairəsinin prokuroru Elvin Braqq ünvanına ağ toz və hədələrlə dolu daha bir məktub alıb.
Yenisabah.az “NBC News” telekanalına istinadla xəbər verir ki, tozun olduğu zərfdə məktub və pudra ilə birlikdə Braqq və Trampın fotoları olub. Məktubun məzmunu və ya göndərən şəxs haqqında əlavə məlumat verilmir.
Hadisə yerinə Nyu-York polisi və Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları gedib. Braqqın ofisindən verilən açıqlamaya görə, Nyu-York Polis Departamentinin yoxlaması məktubda olan tozun təhlükə yaratmadığını müəyyən edib. pizza hut
Hadisədən bir həftə əvvəl Braqq Donald Trampa qarşı 34 maddəlik ittiham irəli sürüb və buna görə Tramp və tərəfdarları tərəfindən tənqid edilib.
Qeyd edək ki, Tramp ABŞ tarixində mühakimə olunan ilk keçmiş dövlət başçısı olub. Sabiq prezident biznes hesabatlarını saxtalaşdırmaqda ittiham olunur.
Telegram kanalımız