Tüfənglə ehtiyatsızlıq: Çoban özünü güllələdi

Tüfənglə ehtiyatsızlıq: Çoban özünü güllələdi

Hadisə Veb saytların hazırlanması

26 May 2023 12:00 472


Kürdəmirdə çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.

Yenisabah.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılov Vidadi Qasıməli oğlu əlindəki tüfənglə ehtiyatsız davranıb.

Bu zaman o, tüfəngin əlində açılması nəticəsində ayaq nahiyəsinə xəsarət yetirib.

O, ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Fakt araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!