Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun 2016-cı ildə qətlə yetirilməsi təkcə terror aktı deyil, həm də ustalıqla hazırlanmış casusluq əməliyyatı olub.
"Yeni Sabah" xəbər verir ki, "Sabah" qəzeti bu barədə məhkəmə materiallarına istinadən məlumat yayıb.
Sənədlərdə qeyd olunur ki, 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra FETÖ-nün əsas məqsədi qorxu yaymaq və Türkiyəni nüfuzdan salmaq olub. Təşkilatçılar ölkəni xarici diplomatları qoruya bilməyən "təhlükəli bir yer" kimi təqdim etməyə çalışıblar. "15 iyul çevriliş cəhdinin uğursuzluğundan sonra FETÖ hüceyrələri Türkiyəni müharibəyə sürükləmək üçün şeytani planı işə saldılar", - deyə nəşr cinayət işinin materiallarından çıxarış təqdim edib. pizza
Sui-qəsdin kəşfiyyat hissəsini Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Rusiya bölməsinə sızmış FETÖ üzvləri hazırlayıblar. Onlar diplomatın səfirlikdən çıxma vaxtı, avtomobil nömrələri və mühafizəçiləri barədə məlumat toplayıblar. Hadisə yerində zərərsizləşdirilən qatil Mevlüt Mert Altıntaşın hücuma dörd ay hazırlandığı müəyyən edilib.
Məhkəmə həmçinin müəyyən edib ki, FETÖ cinayətdəki izini gizlətməyə çalışaraq, məsuliyyəti cihadçı qruplaşmaların üzərinə yıxmağa cəhd göstərib. İşin materiallarında o da vurğulanır ki, cinayətin fiqurantlarından biri olan Cemal Karaata əməllərinin nəticəsindən qorxaraq Kanadaya qaçıb./Oxu.az
Telegram kanalımız