Davutoğlu partiyasını bağladı - Türkiyə siyasətində gözlənilməz qərar

saytların hazırlanması

Evə çatdırılma

Davutoğlu partiyasını bağladı - Türkiyə siyasətində gözlənilməz qərar

Siyasət

29 İyul 2026 22:38 93


Türkiyənin keçmiş baş naziri və ''Gelecek'' Partiyasının sədri Ahmet Davutoğlu siyasətdən getdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Davutoğlu eyni zamanda, rəhbərlik etdiyi partiyanın siyasi fəaliyyətinin dayandırıldığını bildirib. O, yaydığı yazılı açıqlamada qeyd edib ki, 2021-ci ildən etibarən Türkiyədəki siyasi sistemin yaratdığı şərtlərə uyğun olaraq mühafizəkar partiyaların bir araya gəlməsi üçün çalışıblar.

Davutoğlu bildirib ki, bu təşəbbüslər nəticə vermədikdən sonra məqsədləri cəmiyyətdə uzlaşma yaratmaq və alternativ siyasət formalaşdırmaq olub. pizza mizza

Onun sözlərinə görə, 2023-cü il seçkilərindən sonra mühafizəkar siyasətin Türkiyə Böyük Millət Məclisində təmsil olunması üçün müxtəlif addımlar atılıb. Bu çərçivədə əvvəlcə Saadet Partiyası, daha sonra isə Yeni Yol Partiyası adı altında parlament qrupu yaradılıb. Lakin Davutoğlu qeyd edib ki, mühafizəkar partiyaların birləşməsi və ya vahid siyasi qurum yaratmaq istiqamətində aparılan danışıqlar nəticəsiz qalıb. Bunun ardından o, siyasətdən çəkilmək və ''Gelecek'' Partiyasının fəaliyyətini sonlandırmaq qərarı verdiyini açıqlayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!