Türkiyədə koronavirusdan ölənlərin sayı 500 nəfərə çatdı
04 Apr 2020 21:45
202

Türkiyədə koronavirusdan ölənlərin sayı 500 nəfərə çatdı

Türkiyədə son bir gündə 76 nəfər koronavirusdan ölüb.

Yenisabah.az xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 501 nəfərə yüksəlib.

O bildirib ki, daha 3 013 koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 23 934 nəfərə çatıb,

F.Koca vurğulayıb ki, hazırda 1 311 pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir, indiyədək 786 xəstə isə sağalaraq evə buraxılıb.

Oxşar xəbərlər