Türkiyədə koronavirusdan ölənlərin sayı artır -  425 nəfər
03 Apr 2020 20:47
201

Türkiyədə koronavirusdan ölənlərin sayı artır - 425 nəfər

Türkiyədə son bir gündə 69 nəfər koronavirusdan ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 425 nəfərə yüksəlib.

Onun sözlərinə görə, daha 2 786 koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 20 921 nəfərə çatıb,

F.Koca vurğulayıb ki, hazırda 1 251 pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir, indiyədək 484 xəstə isə sağalaraq evə buraxılıb.

Oxşar xəbərlər