Türkiyənin Çanaqqala şəhərində fəaliyyət göstərən telefon satıcısının müraciət etdiyi qeyri-adi reklam üsulu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, mağaza sahibi diqqət çəkmək və satışları artırmaq məqsədilə küçənin ortasında, səki üzərində torpaq və daşlardan süni məzar maketi düzəldib.
Məzarın başdaşı hissəsinə isə "Həyat qısadır, o telefonu al" yazılmış lövhə yerləşdirilib. Toyuqlu pizza
Satıcı hazırladığı reklam lövhəsində "18 Pro Max" modelini 119.999 Türk lirəsi qiyməti ilə ön sifarişə təqdim etdiyini də qeyd edib.
Qeyri-adi reklam aksiyası yoldan keçənlərin təəccübünə səbəb olub. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.
Nazim Hacıyev
Telegram kanalımız