Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirovun Gürcüstandan ekstradisiya olunublar.
"Yeni Sabah" xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Tahir Ayralovun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar oğurluqda ittiham olunur.
Miryusif Qədirov isə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə xüsusilə ağır cinayəti gizlətmə cinayət əməlini törətməsində təqsirləndirilir. pizza
Hər iki şəxs Gürcüstanın ərazisində saxlanılaraq Azərbaycana gətirilib.
Telegram kanalımız