Türkiyədə yenə zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə yenə zəlzələ oldu

Dünya

10 Mart 2024 20:30 601


Türkiyənin Antalya vilayətində zəlzələ qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Demre rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.7 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 19.08 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Zəlzələ Demre və Finike rayonları ilə yanaşı ətraf rayonlar və şəhər mərkəzində də hiss olunub.  olmayıb.

Antalya valisi Hulusi Şahin bildirib ki, hələlik heç bir mənfi xəbər verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!